Bayat çörəkdən perajki

Bayat çörəkdən perajki

Ərzaqlar:

Kartof – 100 qr.
Çörək – 300 qr.
Yumurta – 2 ədəd
Bərk pendir – 100 qr.
Yumru düyü – 100 qr.
Baş soğan – 1 ədəd
Bitki yağı – qızartmaq üçün
Duz – istiot – zövqə görə
Göyərti – zövqə görə

Hazırlanması:

Düyü, yumurta və kartoflar bişənə kimi qaynadılır. Sonra kartof püre halına salınır, pendir və yumurta çox xırda şəkildə doğranılır. Baş soğan yağda qızardılır. Göyərti xırdalanır. (zövqdən asılı olaraq, istəməsəz, göyərti vurmayın.)  Kartof, yumurta, göyərti, düyü, pendir və duz – istiot qatılır, qarışdırılır. İçlik hazır!
Çörəyin qabığını çıxarırsınız, özünü suda isladısız, sonra onları yaxşıca sıxırsız. Əlinizlə forma verib, içinə 1 x.q. içlik qoyursuz və pirojki kimi bağlayırsız. Çox miqdarda – bol yağda yaxşıca qızardırsınız.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər