Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Turində “Yuventus” “Bavariya” ilə bərabərliyə qalıb - 2:2.
Almanlar hesabda iki top irəlidə idilər - Tomas Müller 43-cü dəqiqə və Aryen Robben 55-ci dəqiqə.
Lakin 63 və 76-cı dəqiqələrdə, müvafiq olaraq Pauolo Dibala və Stefano Sturaronun qolları sayəsində “qoca sinyora” məğlubiyyətdən xilas olib.
Londonda “Barselona”nı qəbul edən “Arsenal” isə 0:2 hesablı məğlubiyyətlə üzləşib.
Qonaqların heyətində Messi dubla imza atıb - 71 və 83-cü dəqiqələrdə.
Cavab oyunları martın 16-da keçiriləcək.