Ərzaqlar:
İstənilən növ balığın filesi – 500 qr.
Baş soğan – 1 ədəd
Sarımsaq – 2 diş
Kök – 2 ədəd
Kartof – 2 ədəd
Ağ kələm – 100 qr.
Yumurta – 2 ədəd
Şüyüd, çəfəri – 1 dəstə
Duz – istiot
Toz halına salınmış suxarı
Hazırlanması:
Balığı, tərəvəzləri ətçəkəndən keçirirsiniz. Farşa yumurtanı, xırdalanmış göyərtiləri, duz-istiotu vurursunuz. Sevdiyiniz xüsusi ədviyyat varsa, onu da əlavə edə bilərsiniz. Yaxşıca qarışdırırsınız. Əlinizdə kotlet forması verib, suxarıya batırırsınız və bitki yağında hər iki üzünü qızardırsınız. Nuş olsun!
Mənbə: Sufrem.az