Bakıda dollar ajotajı yaşanır. Qaynar.info xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "AzərTürk" Bankının mərkəzi ofisinin qarşısında yüzlərlə adam toplaşıb.
Vətəndaşlar dollar almaq üçün səhər saatlarından növbəyə dayanıblar. Amma növbə getdikcə artdığından bank işçiləri nəzarəti itirib. Bank işçilərinin müdaxiləsinə baxmayaraq, növbəyə dayanan insanların sayı getdikcə artır.
Nəticədə Həsən Əliyev küçəsi ilə avtomobillərin hərəkətində ciddi məhdudiyyət yaranıb.
Qeyd edək ki, "AzərTürk" Bankında ABŞ dollarının satış kursu 1.63 manatdır.