Bakı qurabiyəsi.

 Bakı qurabiyəsi.

Ərzaqlar:

Un – 150 qr.
Şəkər kirşanı – 50 qr.
Yumurta ağı -1 ədəd
Vanilin - 5 qr.
Kərə yağı – 100 qr.
Alma və ya ərik povidlası – 100 qr.

Hazırlanması:

Kərə yağı ev temperaturunda yumşaldılır, qənd kirşanı ilə birlikdə mikserdə çalınır. Sonra bura yumurta ağı, vanilin və un əlavə edilir, qarışdırılır.  
Gül başlıqlı şprislə soba üçün formaya peçenyelər salınır. Barmağımızla ortasından yüngülcə basıb yuva açır, ora povidla qoyuruq. Qurabiyələr 220 dərəcədə  12 dəqiqə bişirilir.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər