Azərbaycan boksçusu dünya çempionu olub

Azərbaycan boksçusu dünya çempionu olub

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb.

Bu kateqoriya üzrə digər xəbərlər