Xəbər verrdiyimiz kimi əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasına qatılıb.
Oxu.Az xəbər verir ki, o, “Gəl, ey səhər” mahnısını ifa edərək münsiflərin dördünü də döndərə bilib.
Müğənni Murad Boz səhnəyə çıxaraq həmyerlimizlə eyni mahnını duet şəklində səsləndirib. A.Quliyeva sonda Muradı seçərək yarışmaya onunla davam etmək hüququ qazanıb.