Artıq rahatlıqla hər gün dondurma yeyə bilərsiniz!

Artıq rahatlıqla hər gün dondurma yeyə bilərsiniz!

Dondurma yay fəslinin əvəzedilməz təamıdır. Meyvəli, şokoladlı, vanilli, rəngarəng dondurmalar böyükdən kiçiyə hər kəsin sevimlisidir.

Bütün dondurma növləri həm uşaq, həm də böyüklər üçün çox cazibədar bir şirniyyatdır. Bununla yanaşı mütəxəssislər dondurmanın faydalı olduğunu da deyirlər.

Xüsusilə də Ramazan ayında şərbətli və ağır şirniyyatlar yerinə dondurmaya üstünlük vermək həm sağlam, həm də ləzzətli bir seçim olar. Dondurmanın faydaları haqqında bir neçə faktı təqdim edirik.

3 top dondurmanın kalsiumu 1 stəkan südlə ekvivalentdir. Kalsium həm sümük, həm də diş sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Bədən gündəlik olaraq kafi miqdarda kalsium qəbul etmədikdə sümüklərdən çəkilən kalsium nəticəsində sümük əriməsi, diş çürümə kimi vəziyyətlər qaçılmaz fəsadlar meydana gətirir. Bununla yanaşı, kifayət qədər kalsium qəbul etmədikdə yağ hüceyrələrində daha çox yağ depolanır.

Yarım stəkan südlə 120 mg kalsium almaq mümkündür. Eyni miqdar dondurma isə 150 mg kalsium ehtiva edir. Bu səbəbdən də 3 top dondurmanı 1 stəkanı süd, 1 incə dilim çörək və 1 boşqab meyvəyə ekvivalent olaraq düşünmək lazımdır.

Əzələlərin düzgün işləməsini təmin edir
Süddən əldə edilən dondurmanın zülal keyfiyyəti olduqca yüksəkdir. Bundan başqa,  A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium ehtiva edir. Bu səbəbdən də dondurma əzələlərin nizamlı şəkildə işinə dəstək verir və beləcə, toxuma itkisinə mane olur.

Dondurmanı digər şirniyyatlarla müqayisə etsək:

- Paxlava 425 kcal

- Dondurma 120-200 kcal

- Lokum 362 kcal

Hamiləlik dövründəki ürək bulanmalarına çarə

Hamiləliyin ilk həftələrində özünü göstərən mədə bulantıları bəzi dövrlərdə nizamsız qidalanmaya təkan verir. Bu dövrdə ən sadə və dadı mümkün qədər neytral qidalar seçmək lazımdır. Dondurma bu cür problemi  olan hamilələr üçün yaxşı zülal qaynağıdır. Eyni zamanda qusma nəticəsində maye və mineral itkisinin yaşandığı bu dövrdə mineralların bərpasına köməkçi olur.

Dondurmanın verdiyi xoşbəxtlik elmi olaraq da sübut edilib

2002-ci ildə aparılan elmi araşdırmada təcrübəçilərin beyinləri zərərsiz bir üsulla izlənilir və dondurma yedikdə beyinlərində hansı nöqtələrin aktiv olması ortaya çıxarılır. Nəticə olaraq dondurmanın beyindəki həzz bölgələrinə toxunduğu, insanların dondurmanı həzz almaq üçün yedikləri isbat edilir.

Ancaq dondurmanın sağlamlığa faydalarını maksimum səviyyədə, zərərlərini isə minimum səviyyədə saxlamaq üçün şokoladlı əvəzinə, sadə və ya meyvəli növlərinə üstünlük verilməlidir. Çünki əks halda dondurma kalori qaynağı halına gələ bilər.

Dondurma badamcıq infeksiyasına səbəb olmur

Anaların illərdir uşaqlarına öyrətdiyi və onlar üçün də qorxulu bir yuxu halına gələn dondurmanın badamcıqlarda infeksiyaya səbəb olması bir mifdir. Mütəxəssislər bunun heç bir elmi əsası olmadığını deyirlər. Çox soyuq olan bir qida damarlarda ani daralma yaradaraq müqavimət mexanizmində pozulmağa gətirib çıxararır. Bu vəziyyət infeksiyaya səbəb olsa da, heç bir elmi dayağı yoxdur. Dondurma yedikdən sonra otaq istiliyində olan 1 stəkan su və ya nanə çayı mədənizi rahatlaşdıracaq.

Dondurma alarkən diqqət edin

Gigiyenik şərtlərdə hazırlanmış və əriyib təkrar dondurulmayan dondurmanı könül rahatlığı uşağınıza verə bilərsiniz. Lakin dondurma paketlərinin üzərində olan buz kristallarına diqqət edin. Qablaşdırma üzərindəki buz parçacıqları dondurmanın əriyib təkrar donduğunu və bakterial törəməyə açıq olduğunu göstərir.

Aile.lent.az

Bu kateqoriya üzrə digər xəbərlər