Tərkibi: 1 çay qaşığı sirkə, 1 stəkan soya südü, 1/3 stəkan bitki yağı, 3/4 stəkan şəkər, 1 stəkan un, 1/4 çay qaşığı duz, 1 paket vanil, 1 paket qabartma tozu, 1/3 stəkan kakao. Hazırlanması: Əvvəlcə soya südü ilə sirkəni qarışdırın. Soya südü tündləşənə qədər gözləyin. Digər tərəfdən dərin bir qabda un, kakao, qabartma tozu, vanil və duzu qarışdırın. Digər qabdakı soya südünə şəkəri və duru yağı əlavə edib qarışdırın. Bura unla qarışdırılmış digər ərzaqları əlavə edərək muffin xəmirini hazırlayın. Muffinlərin boşqaba yapışmaması üçün qəlibləri yağlayıb unlayın və ya yağlı kağızı qoyun. Xəmiri muffin qablarına töküb əvvəlcədən isidilmiş 175 dərəcə istilikdə olan sobaya qoyun. Təxminən 20-30 dəqiqə bişirdikdən sonra sobadan çıxarın.