Almalı-kəsmikli piroq

Almalı-kəsmikli piroq

Lazım olan ərzaqlar:

Xəmir üçün:

Un - 3 stəkan
Şəkər tozu - 1/2 stəkan
Kərə yağı - 200 qr.
Qabartma tozu - 10 qr.

İçlik üçün:
Kəsmik - 500 qr.
Xama - 200 qr.
Alma - 4 ədəd
Yumurta - 4 ədəd
Manna yarması - 2 x.q.

Hazırlanması:
Unu ələyirin və qabatrma tozu ilə qarışdırın. Una şəkər tozu əlavə edin. Soyuq kərə yağını una əlavə edib, mikserlə qarışdırın. Xəmir ovuntu şəklində olmalıdır. Tavaya yağlı kağız qoyub, xəmirin 1/2 hissəsini tökün və qaşıqla hamarlayın. Kəsmiyi, manna yarmasını, xamanı və yumurtanı blenderdə yaxşı qarışdırın. Almanı soyun və sürtgəcin iri gözündən keçirin. Alma ilə şəkər tozunu kəsmiyə əlavə edin və yaxşı qarışdırın. Qarışığı xəmirin üzərinə töküb, üstünə qalan xəmiri əlavə edin. 200 dərəcə isidilmiş sobada 35 dəqiqə bişirin.

Bu kateqoriya üzrə digər xəbərlər