Almalı çatni

Almalı çatni

Ərzaqlar:

Turş alma – 2 kq.
Baş soğan – 3 ədəd
Limon -1 ədəd
Sarımsaq -2 diş
Qara kişmiş – 200 qr.
Qəhvəyi şəkər – 2 x.q.
Sirkə 9% li - 2 stəkan
Zəncəfil kökü – 10 qr.
İstiot – 1 ç.q.
Xardal toxumu – 1 ç.q.
Şirin bibər tozu (paprika) -1 ç.q. 

Hazırlanması:

Soğan iri doğranılır, sarımsaq və zəncəfil xırdalanır. Alma qabıq və tumundan təmizlənir, iri  doğranılır. Qazana alma, soğan, sarımsaq, yuyulmuş qara kişmiş əlavə olunur. Bura bir limonun şirəsi sıxılır, qabığı da doğranılıb qatılır. Sirkə qatılır və reseptdə olan digər bütün ərzaqlar əlavə olunur, qazın üzərinə qoyulur. Qaynar hala gətirilir, sonra od minimum azaldılır, 1 saat bişirilir, ta ki, çatni qatılaşana kimi.
Sterilizə olunmuş bankalara yığılır, üzəri dəsmalla bağlanıb soyumağa qoyulur. Sonra qapaqlar hermetik kip bağlanır. 1-2 həftəyə çatni istifadəyə hazır olur. Yeyə bilərsiz. Bankalarda çatni qaranlıq və sərin yerdə 6-7 ay saxlanıla bilər.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər