“Ağıllı” telefonların həyatımızın ayrılmaz parçasına çevrildiyi bir vaxtda texnologiyada növbəti addım “ağıllı” avtomobillərdir. Artıq Yaponiyanın Toyota və ABŞ-ın Microsoft korporasiyaları “ağıllı” avtomobilin yaradılmasına dair razılıq əldə ediblər.
Onların yaradacaqları yeni şirkət “Microsoft” texnologiyaları əsasında “Toyota” avtomobillərinin emalı ilə məşğul olacaq. Məqsəd müasir pilotsuz robot-maşınların yaradılması, onların məlumat bazalarının və naviqasiya sistemlərinin aktiv yenilənməsini təmin etməkdir. Alimlər bu avtomobillərin sahiblərinin vərdiş və tələbatlarını yadda saxlamaq iqtidarında olacağını bildirirlər.
Yeni nəsil avtomobillərin üstünlüklərindən biri sahibinin ən çox xoşladığı marşrutları yadda saxlayaraq, sürücüdən icazə aldıqdan sonra park etmə yerlərini öncədən sifariş etmələri olacaq. Bundan başqa, avtomobillər sükanda quraşdırılmış cihazlar vasitəsi ilə sürücünün səhhətinin vəziyyətini izləyəcək.
publika.az