31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
Oxu.Az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri–iş günü olacaq.
Müvafiq olaraq 2016-ci il 2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 6 günlük qrafiklə işləyənlər üçün 4 gün, 5 günlük qrafiklə işləyənlər üçün 5 gün tətil olacaq.