4 dəqiqəyə bişən qoz peçenyeləri

4 dəqiqəyə bişən qoz peçenyeləri

Onu mağazalarda tapmaq olsa da, evdə hazırlamaq elə çətin deyil. Əsas odur ki, tavanız və lazımi ərzaqlarınız olsun!
Sizə qaynadılmış qatılaşdırılmış südlü qozun orijinal reseptini təqdim edirik.

Ərzaqlar:

Un - 400 qr.
Şəkər tozu - 100 qr.
Kərə yağı - 250 qr.
Yumurta - 2 ədəd
Vanil - 1 paket
Qabardıcı toz – 1 paket
Qaynanmış qatılaşdırılmış süd - 1 banka
Bir neçə dənə qoz.

 

Hazırlanması:

Yumurtanın ağı ilə sarısını ayırırıq.  

Sarısına şəkəri əlavə edib yaxşıca qarışdırırq.

Unu qabardıcı toz və vanillə qarışdırıb, yumşaq halda olan yağı da unun üzərinə töküb yaxşıca çalırıq.

Yumurtanın ağını isə köpüklənənə kimi mikserlə qarışdırırıq.

Xəmirə yumurtanın sarısını əlavə edib yenə qarışdırırıq. Sonra çalınmış yumurta ağını da xəmirə tökürük, qarışdırırıq.

Xəmir bir qədər yapışqan kimi olmalıdır.

Qoz tavasını qızdırırıq, yağlayırıq. Xəmirdən hissələr qopardırıq, tavanın formalarının içinə qoyuruq və tavanın qapağın örtürük.4 dəqiqə bişiririk. Ehtiyatla çıxardırıq, kənarlarını kəsirik. Blenderdə qozları və xəmirin artıq kənarlarını xırdalayırıq. Sonra onları qaynanmış qatılaşdırılmış südə əlavə edib həmcins olana kimi qarışdırıq. (içlik hazırlayırıq) Həmin içliyi qozun yarısına doldururuq və digər yarısı ilə birləşdiririk.

Nənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər