2 milyonluq almaz tapıldı

2 milyonluq almaz tapıldı

"ALROS" şirkəti Yakutiyanın Mirninsk rayonunda 105,6 karat almaz tapılıb.

BAKU.WS-in məlumatına görə, bu haqda şirkətin mətbuat xidmətindən bildiriblər. "Almaz Ayxalskoqo dağ zənginləşdirmə kombinatının №14 fabrikindən çıxardılıb. Tapılan almazın bazar qiyməti 2 milyon dollardır.

Xatırladaq ki, sonuncu dəfə 2013-cü ilin yanvar ayında "ALROS" 145 karatlıq almaz aşkarlayıb. Bu il ərzində mədənlərdən xeyli sayda almaz aşkarlanıb. Onlar arasında bir çoxu 76,07 karat olub.

Qeyd edək ki, almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz saf karbondan meydana gəlib bilinən ən sərt maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır.

Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavoisier tərəfindən aşkar edilib. Lavoisier almazı yandırmış və yanma qazının yalnız karbondioksit olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlib.

Bu kateqoriya üzrə digər xəbərlər