Androiddə filmlərə baxmaq üçün pulsuz proqramlar

Androiddə filmlərə baxmaq üçün pulsuz proqramlar

Əlbəttə ki, filmə baxmaq üçün ən ideal yer kinoteartr və ya geniş ekranlı televizordur. Lakin bəzən elə situasiyalar olur ki, darıxırıq və əlimizin altında ancaq smartfon və ya planşet olur. Əgər sizin cihazının android platformasında işləyirsə bu siyahıda göstərilən proqramlardan birindən istifadə edərək rahatlıqla filmlərə baxa bilərsiniz. Siyahıda qeyd etdiyimiz bütün proqramlar sizə olduqca çox miqdarda film, serial, tv-şou və s. kimi şeylərə pulsuz baxmaq imkanı verəcək.

Random Film
Bu proqram sizə böyük bazasından hər hansı bir filmə dərhal baxmaq və ya cihazınıza yükləmək imkanı verəcək. Adında olduğu kimi siz Təsadüfi film düyməsinə basaraq, qısa məzmunu, aktyor heyəti haqqında məlumat, reytinqi göstərilən hər hansı bir filmə yönləndiriləcəksiniz. Əgər təklif olunan film ürəyinizcə olmasa, səhifəni yeniləyə və yeni filmə yönləndirilməyi gözləyə bilərsiniz. Əgər bəxtinizi uzun müddət sınayıb, vaxt itirmək istəmirsinizsə, proqrama hansı filmləri sevdiyinizi deyirsiniz və o da sizə həmin filmlərə uyğun təklif verir. Beləliklə, təkcə filmə bax düyməsinə baxmaq qalır.

proq1

 

Zona

Bu tətbiq 31.000-dən çox film bazasına sahibdir. Filmləri qısa məzmun, reytinqlə bərabər təqdim edir və bütün bunlara cihazınız vasitəsilə tamamilə pulsuz baxa bilirsiniz. Bütün filmlər səliqəylə janr və kateqoriyalara əsasən qruplaşdırılıb. Bundan əlavə, axtarış funksiyası da mövcuddur. Filmlərə onlayn baxa və ya yükləyə bilərsiniz.

proq2

 

Megogo.net

Bu tətbiq öz rəqiblərindən keyfiyyəti və gözəl dizaynıyla olduqca fərqlənir. Əla dizayn, olduqca çox sayda keyfiyyətli film, serial, tv-proqram, cizgi filmi – hamısı full hd keyfiyyətdə. İntellektual tövsiyə xidməti olan saytın rahat interfeysi sizə istədiyiniz filmi tapmaq, məzmunu haqqında oxumaq, istifadəçilərin fikirlərindən xəbərdar olmaq imkanı verəcək. Onlayn baxışda heç bir tutulma baş vermir və rahatlıqla filmə baxmaq olur.

proq3

(Yazı pahoo.az saytından götürülüb)

 

Bu kateqoriya üzrə digər xəbərlər