Lətifələr

Bal-maskaradda qadın ərinin qulağına deyir:
-O muşketyoru görürsən? Elə hey məni izləyir, gözdən qoymur məni. Bilmirəm ondan canımı necə qurtarım. Bəlkə sən ona bir söz deyəsən?
Əri:
+Ehtiyac yoxdu. Maskanı çıxar, özü əl çəkəcək!

Cərrah narkozdan ayılmış xəstəyə deyir:
- Əməliyyat uğurla başa çatdı.
Xəstə:
- Çox sağ olun, həkim! Amma mən bura krantı düzəltməyə gəlmişdim.

- Əsgər, avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.

Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.

Bir gün gecə saat 2 olur, Mamed evə gəlmir. Arvadı zəng vurur qaynanasıgilə. Deyir:
- Ay qaynana, saat 2-di, amma Mamed evə gəlməyib. Bəlkə başqa arvadı var, onun yanına gedib?
- Ay gəlin, niyə ağlına pis-pis fikirlər gətirirsən? Bəlkə bıçaqlayıblar, bəlkə maşın vurub?

Böyük alman sərkərdəsi Bismark döyüşdə qəhrəmancasına vuruşmuş əsgərlərdən birini yanına çağırıb deyir:
- Əsgər döyüşdə göstərdiyin şücaətə görə bu Medalı istəyirsən, yoxsa 100 qızıl?
- Medalın qiyməti nə qədərdir?
- Hazırlanmasına üç qızıl xərclənib.
- Elə isə bu medalı, bir də 97 qızıl istərdim.

Səhrada ölmək üzrə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar:
- Su, tez olun.
Ona fincanda su gətirirlər. Can veren kişi gözlərini güclə açıb soruşur:
- Qaynanmışdı?

Dəhşətli yol-qəza hadisəsindən sonra sürücü gözünü açar-açmaz soruşur:
- Mən haradayam?
- İyirmi beş nömrəlidə!
- Palatada, yoxsa kamerada?

Oğlan:
-Adımı nə yazmısan telefonda?
Qız:
-Heyatımın mənası. Bəs sən?
Oğlan:
-Zakir məhlə.

-Bax, mən evləndim... İndi çəkmək olmaz, içmək olmaz, sağa-sola getmək olmaz, qızlara baxmaq olmaz.
-Bəs peşman deyilsən?
-Peşman olmaq da olmaz.

Qadın mağazada xalça seçir:
- Mənə uşaq otağı üçün xalça lazımdır, çirkləndiyi tez bilinməyən.
- Neçə uşağınız var?
- Altı.
- Xanım, siz bəlkə otağı asfaltlayasınız?!