Zefirli krem ilə meyvəli desert

Zefirli krem ilə meyvəli desert

2 zefir (hər biri 70 qram)

200 qram qaymaq 10%-20%

200 qram çiyələk

200 qram kivi

Üzərinə çəkmək üçün şokolad

Bu deserti hazırlamaq üçün qaymaq ilə zefiri blenderlə qarışdırıb, meyvələri səliqəli şəkildə doğrayın.

Sonra inqredientləri qat - qat gözəl bir qədəhə yerləşdirin. Qarışdırılmış qaymağı meyvələrin birinci qatına tökün. Ardından ikinci qatı yerləşdirin. Meyvələrin ikinci qatına qaymağı töküb, üzərinə sürtgəcdən keçirilmiş şokoladı səpin.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər