İtaliya A seriyasında XIV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Torino” “Boloniya”nı məğlub edib. “Milan” isə “Sampdoriya” qarşısında darmadağına sevinib.
Həftənin digər qarşılaşmalarında “Roma” “Atalanta”nı qəbul edib və gözlənilmədən məğlubiyyətə düçar olub. Paytaxtın digər komandası “Latsio” isə “Empoli”yə boyun əyib. Son çempion “Yuventus” “Palermo”ya səfərdə 3:0 hesabı ilə qalib gəlib.
Turun mərkəzi oyunu bu gün Neapolda baş tutacaq. “Napoli” hazırda lider olan “İnter”i qəbul edəcək.
İtaliya A seriyası
XIV tur
28 noyabr
“Torino” – “Bolonya” - 2:0
Qollar: Belotti, 75. Vives, 92.
“Milan” – “Sampdoriya” - 4:1
Qollar: Bonaventura, 16, Nianq, 38 (pen.), 50, Luis Adriano, 79 - Eder, 87 (pen.)
29 noyabr
“Roma” – “Atalanta” - 0:2
Qollar: Qomez, 40, Denis, 82
“Kyevo” – “Udineze” - 2:3
Qollar: Paloşi, 26, İngelse, 72 - Frey, 42 (öz qapısına), Terau, 46, 80
“Frozinone” – “Verona” - 3:2
Qollar: Siofani, 22, 40, Dionisi, 48 - Viviani, 69, Moras, 75
“Cenoa” – “Karpi” - 1:2
Qollar: Fiqyeras, 8 - Boryello, 57, Zakkardo, 80
“Empoli” – “Latsio” - 1:0
Qol: Tonelli, 5
“Palermo” – “Yuventus” - 0:3
Qollar: Mandzukiç, 54, Sturaro, 89, Zaza, 90+3
30 noyabr
22:00 “Sassuolo” – “Fiorentina”
00:00 “Napoli” – “İnter”