Yoqurtlu meyvə salatı

Yoqurtlu meyvə salatı

Ərzaqlar:

Kivi – 2 ədəd
Mandarin – 3 ədəd
Banan – 2 ədəd
Alma – 2 ədəd
Yoqurt – 1 qab

Hazırlanması:

Əvvəlcə bütün meyvələri yaxşıca yuyuruq. Almadan başqa digərlərinin qabığını soyuruq. Bananı halqavari dilimləyirik. Alma, mandarin, kivini də xırda kub formasında doğrayırıq. Bütün meyvələri bir qaba tökürük, üzərinə yoqurt əlavə edirik, qarışdırırıq. Bəzək üçün üzərindən mürəbbə suyu axıda bilərik.

Mənbə: Surem.az 

Bu kateqoriya üzrə digər xəbərlər