Müğənni Yıldız Tilbe xüsusi hazırlanmış layihə ilə Sevgililər gününə etirazını bildirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı mobil operatorun "anti-sevgililər günü" kampaniyasına çəkilən reklam üçün 250 min lirə (təxminən 125 min manat) alıb.
O, reklamda gənclərə "Sevgililər gününü vecinizə almayın, sevgini də, tənhalığı da bir günə sıxışdırmayın" mesajını verməyə çalışıb.