Məsələn, elə təkcə ingilis dilini bilmək bir çox ölkədə yaşamaq, işləmək üçün böyük imkanlar yaratmağa qadirdir. İnternetin nemətlərindən istifadə edə bilənlərə ən azı pre-intermediate səviyyəsinə qədər dil öyrənə bilmək üçün bir neçə faydalı website təqdim edirik.
1. DUOLİNGO
Duolingo internetdə ən çox istifadə olunan dil öyrənmə saytlarından biridir. Forumları və əyləncəli testləri ilə olduqca faydalı və maraqlı saytdır. Bu saytda bir çox dil seçimləri mövcuddur. Öyrənmək istədiyiniz dili seçin, dərslər və müzakirələr vasitəsiylə həmin dili öyrənməyə başlayın.
2. BUSUU
Bütün dünyada 50 milyona yaxın istifadəçisi olan Busuu Duolingodan sonra ən populyar dil öyrənmə saytı hesab olunur. Bu saytda alman, rus, ingilis və bir çox digər dilləri öyrənə bilərsiniz. Saytın material bazası olduqca böyükdür.
BBC sadəcə xəbər servisi yox, həm də bir akademiyadır. Web saytlarında yayımlanan xüsusi məqalələr sayəsində akademik səviyyədə məlumatlar əldə etmək mümkündür. Uzun illərdir davam edən BBC Dil Tədrisi proqramı ilə oxuculara dil öyrənmək üçün imkanlar yaradır. Siz də bu xidmətin təqdim etdiyi məqalələri gündəlik oxumağı vərdişinizə çevirin və danışıq qabiliyyətinizi irəli aparın.
4. VERBLİNG
Skype, Goolge+ Hangout On Air servisləri ilə istər təkbətək, istərsə də qrup halında dil oyrənmə imkan yaradanı bir saytdır. Siz dünyanın istənilən nöqtəsindən olan fərqli insanlarla öyrəndiyiniz dildə söhbət etmək üçün əla imkan qazanırsınız. Çəkinmək və utanmaq lazım deyil, oxumaq və öyrənmək dövrüdür!
5. BABBEL
Babbel digərlərinə görə daha professional bir servisdir. Dil biliyinizin səviyyəsinə görə sizə uyğun birliyə əlavə edir və bununla da öz xarici dilinizi sürətlə inkişaf etdirə bilirsiniz. Orfoqrafiya, fərqli tələffüz kimi özəlliklərlə sizə dil biliyinizi üst səviyyəyə çıxarmaq imkanları yaradır.
6. LINGUALEO
Yeni dil öyrənmək üçün Rusiyadan alternativ. İngilis dilini müxtəlif əyləncəli və maarifləndirici materiallarla öyrənməklə yanaşı, özünüz də paylaşımlar edin və birlikdə yeni biliklər əldə edin.
pahoo