Yazda saçlarınızın parıldaması üçün bunları edin

Yazda saçlarınızın parıldaması üçün bunları edin

Saçları nəmləndirin:
Saç uclarına krem çəkib bir az saxladıqdan sonra onları yuyun. Onları ilıq su ilə yumağınız parıltı verəcək.

Saçlarınızı havalandırın:
Havalar isindikcə uzun saçları açıq saxlamaq çətinləşir. Amma hər gün toppuz yığmaq da insanı yorur. Eyni zamanda bu saçları cansız göstərir. Saçların canlı qalması üçün onları açıq saxlayın. Axşam saçınızı hörüb yatsanız, səhər durub açanda havalı forma əldə edəcəksiniz.

Saç baxım yağları:
Saçın ucuna müxtəlif yağlar çəkin. Boyalı saçlar üçün də istehsal edilən bu yağlar saç rəngini uzun müddət saxlayacaq, parıltı verəcək.

Fenləməyə ara verin:
Yazda saçlar günəşin təsirindən daha tez quruyacaq. Sulu saçları qurutmaq üçün fen əvəzinə gün işığına üstünlük verin. Beləcə, saçlar daha sağlam qalacaq.

Saçqıranları kəsdirin:
Yaza daha təzə giriş etmək üçün qışda qırılmış, saçqıran düşmüş tükləri təmizlətdirin. Bu saçın daha sağlam uzanmasına kömək edəcək.

axşam.az

Bu kateqoriya üzrə digər xəbərlər