Xiyar leçosu.

Xiyar leçosu.

Ərzaqlar:

Təzə kiçik xiyar – 1 kq.
Pomidor – 500 qr.
Şirin bibər – 6 ədəd
Uzun acı bibər – 2 ədəd
Sarımsaq – 6 diş
Duz - 1 x.q.
Şəkər tozu – 125 qr.
Bitki yağı – 75 ml.
9 % sirkə - 40 ml.

Hazırlanması:

Bütün tərəvəzlər yaxşıya yuyulub, suyu süzülür. Qabıqlı halda da hamısı - xiyardan başqa ətçəkəndən keçirilir. Xiyarın ucları kəsilir. Özü halqavari doğranılır. Əvvəlcə pomidor, bibər, sarımsaq birlikdə qazanda 15 dəqiqə bişirilir. Sonra xiyarlar əlavə olunub, daha 7 dəqiqə bişirilir.
Oddan götürüb, 5 dəqiqə saxlayır, sterilizə olunmuş bankalara yığırıq, sirkəsi, şəkər tozu, duz, yağı əlavə olunur, ağzı bağlanır. Bankalar ağzı üstə çevrilib soyudulur.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər