Tərəvəzli cheesecake

Tərəvəzli cheesecake

Tərkibi:
1 böyük badımcan
8 orta boy körpə qabaq
1 kq balqabağı, soyulmuş
1 böyük qırmızı bibər
30 ml kərə yağı
40 ml zeytun yağı
6 yumurta, çırpılmış
300 qr ricotta pendiri
15 qr kəklikotu
Duz və təzə çəkilmiş qara bibər
250 ml mozzarella pendiri, rəndələnmiş
20 qr təzə reyhan

Hazırlanması:
Sobanızı 180 dərəcəyə nizamlayıb əvvəlcədən qızdırın. Badımcanları xəttli bir şəkildə soyun və uzunlamasına incə incə dilimləyin. Üzərlərinə duz tökərək kənarda bir neçə dəqiqə gözlədin. Ardından duzlarını suda yuyun və kağız dəsmal ilə qurulayın. Körpə qabaqları, balqabaqlarını və qırmızı bibəri də eyni şəkildə uzunlamasına incə incə dilimləyin. İsidilmiş kərə yağı və zeytun yağında qızardın. Yumurta, ricotta pendiri, kəklikotu, duz və təzə çəkilmiş qara bibəri bir qabda qarışdırın. 20 sm diametrində bir soba qabının kənarlarını yağlayın, zəminini də soba kağızıyla örtün. Üzərinə badımcan, qabaq, balqabaq və qırmızı bibərin yarısını yayın. Ricottalı qarışığın yarısını da əlavə edin. Ən üstə mozzarella pendirindən parça parça serptikten sonra 20-30 dəqiqə sobada bişirin. Cheesecake'i tərs çevirib xidmət qabına almadan əvvəl bir neçə dəqiqə gözləyin. Fesleğen ilə bəzəyin. Yanında təzə çörəklə istər isti, istəsəniz də soyuq olaraq xidmət edin.
Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər