Toyuq şnitseli

Toyuq şnitseli

Ərzaqlar:

Toyuğun döş əti – 1 ədəd
Yumurta – 2 ədəd
Toz suxarı – 1 st.
Duz
Bitki yağı

Hazırlanması: Toyuğun döş əti incə dilimlərə bölünür. Sonra çəkiclə xeyli döyülür ki, şnitsel forması alsın. Bir qabda yumurtalar duz ilə yaxşıca çırpılır. Tavaya bitki yağı tökülür və isidilir. Əvvəlcə yumurtalı qarışıqda fırladırıq, sonra bol suxarıya batırırıq. Hər iki üzünü təxminən 2-3 dəqiqə qızardırıq. Budur, şnitsellər hazır!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər