Toyuq çubuğu

Toyuq çubuğu

Tərkibi: 2 ədəd toyuq döşü, yarım st. un, 2 yumurta, 1.25 st. suxari, 60 ml. bitki yağı, duz-istiot. Hazırlanması: Toyuq döşünü nazik, uzun formada doğrayın. Çubuq formasında doğranılmış toyuq ətinə duz-istiot vurun. Sonra ayrıca boşqaba un tökün, ona duz-istiot vurun. Yumurtanı və suxarini də ayrı-ayrı boşqablara tökün. Toyuq ətini una, sonra yumurtaya, sonda isə suxariyə batırın. Yağ əlavə edilmiş tavada 2-3 dəqiqə qızardın.

Bu kateqoriya üzrə digər xəbərlər