Telefonun yaddaşının dolmaması üçün bunları bilməlisiniz

Telefonun yaddaşının dolmaması üçün bunları bilməlisiniz

Əgər telefonun yaddaşı kifayət qədər deyilsə, daha çoxuna ehtiyac duyursunuzsa, sizə təqdim etdiyimiz tövsiyələrdən istifadə edərək bu istəyinizə asanlıqla çata bilərsiniz.

Foto və videolarınızı bulud sistemləri ya da kompüterinizə köçürün

Dropbox, Google Drive və ya Microsoft OneDrive kimi online yaddaş xidmətlərindən istifadə edərək, şəkil və videolarınızı nizamlı şəkildə online yaddaşa ata bilərsiniz. Bununla həm itmə ehtimalını ortadan qaldırar, həm də aktual olmayan faylların telefonunuzda qalmasından xilas olarsınız. Bundan əlavə, lazım olduğunda bu fotoşəkil və videoları istifadə etdiyiniz cloud xidmətinin mobil tətbiqiylə telefonunuza təkrar yükləyə bilirsiniz. Cloud yaddaşa güvənmirsinizsə, fayllarınızı kompüterinizə backup etmək də həll yolu ola bilər.

tel1

 

Köhnə fotoşəkil, videoları və ekran görüntülərini silin

Sizin də telefonunuzun fotoşəkil qovluğu balta girməmiş meşəyə bənzəyirsə, deməli ora əl gəzdirməyin vaxtı çatıb. Keyfiyyətsiz alınan, birdən çox nüsxəsi olan və ya Whatsapp’tan gələrək avtomatik yaddaşa yazılan fotoşəkillərdən, ekran görünüşlərindən xilas olun.

tel2

 

İstifadə etmədiyiniz proqramları silin.

“Bir gün lazım olar” deyib, yüklədikdən sonra istifadə etmədiyimiz bir çox proqram var. Xüsusilə oynamadığınız köhnə oyunları, istifadə etmədiyiniz şəkil tənzimləmə tətbiqlərini və bir-iki dəfə istifadə etdikdən sonra, unutduğunuz əyləncəli tətbiqləri nəzərdən keçirərək, onlardan hamısından xilas olun.

tel3

 

Online musiqi dinləmə xidmətlərindən seçim edin

Artıq telefonda musiqi qovluqları yaratmaq əvvəlki aktuallığını itirib. Buna baxmayaraq, hələ də telefonunu yüzlərlə mahnıların xəzinəsinə çevirənlər var. Bunun əvəzinə Spotify, Deezer, Vk Music və s. bu kimi onlayn musiqi dinləmə xidmətlərinə üstünlük verib. Ən çox dinlədiyiniz mahnıları bir siyahıya yazaraq, bu siyahını offline da istifadə edə bilərsiniz. Bununla da metroda musiqisiz qalmaz, küçədə da internet limitinizi boş yerə xərcləmiş olmazsınız.

tel4

 

4K video çəkilişi etməyin

Yeni nəsil telefonların üst səviyyəli kameraları sayəsində artıq ultrayüksək keyfiyyətli 4K video çəkmək mümkündür. Ancaq əlinizdə bunu göstəcək Ultra HD ekran yoxdursa, bu videolar yalnız yaddaşı doldurmağa faydalı olacaq.

tel5

Bu kateqoriya üzrə digər xəbərlər