Ərzaqlar:
Soğan – 2 ədəd
Qoz – 200 qr.
Kərə yağı – 50 ml.
Mayalı xəmir üçün:
Un – 4 stəkan
Yumurta – 1 ədəd
Quru maya – 1 ç.q.
Duz – 1 ç.q.
Şəkər tozu – 1 x.q.
Ilıq su – 1 stəkan
Hazırlanması:
Unu qaba ələyib, ortasında yuva açıb, duzu və şəkər tozunu səpirik, yumurtanı bura əlavə edirik. Quru mayanı yarım stəkan isti sud açıb, köpükləndirir, bura əlavə edirik. Ilıq suyu da töküb, yavaşca qarışdırır, əlimizlə yumşaq xəmir yoğururuq. Xəmirin üzərini bağlayıb, 2 saat kənara qoyulur. Sonra yenidən qarışdırıb, böyük lavaş yaymaq üçün kündələrə ayrılır.
İçlik üçün soğan doğranılıb, kərə yağında qovrulur, qozu bıçaqla doğrayıb əzib (ətçəkəndən olmaz) soğana qatıb, birlikdə qovururuq.
Mayalı xəmir yoğrulur. Yayılır, ərinmiş kərə yağına azca sarıkök qatırıq. Və xəmirin arası yağlanır. Sonra soğanlı qozu arasına çəkirik. Xəmir iri iri rulet kimi uzun bükülür. İstəsəniz 2 yerə bölüb, həmin hissələri əllə yayıb, iri kündə çörək formasında bişirə bilərsiz. İstəsəniz ruleti 6-7 kiçik hissəyə kəsib, onları yastıladıb, kiçik formada bişirə bilərsiz. Üzərinə yumurta sarısı çəkib, sobada 200 dərəcədə bişirilir.
Mənbə: Sufrem.az