İştahı "öldürən" qidalar - FOTO

İştahı

Pəhriz saxlayanları və artıq çəkidən əziyyət çəkən insanları ən çox narahat edən problemlərdən bir də iştahın çox olmasıdır. İştaha qida maddələrinə tələbatın xoş emosiyalar əsasında baş verməsidir. Həzm sisteminin fəaliyyətində baş verən dəyişikliklər yəni, tüpürcək və mədə şirəsinin ifraz olunması həzm orqanlarının fəaliyyətini artırır ki, bu da iştahın artmasına səbəb olur. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştah üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır.

Bəs artıq çəkidən əziyyət çəkən insanlan iştahanı azaltmaq üçün hansı vasitələrdən istifadə etməlidir? Bu sual çoxlarını düşündürdüyü üçün əksəriyyət kimyəvi dərmanlardan, müxtəlif iştaha kəsici tabletlərdən istifadə edir. Əlbəttə ki, bunlar sağlamlığınız üçün çox təhlükəli vasitələrdir. Bunun qarşısını almaq üçün təbii vasitələrə müraciət etməyiniz məsləhətdir.

Əksəriyyətiniz yeməklərinizdə sevərək işlətdiyiniz cəfərinin iştahı azaltmaq xüsusiyyəti var. Orqanizim də maddələr mübadiləsini sürətləndirən cəfərini yemək yaxud da suyunu içməklə ondan faydalana bilərsiniz.

 

istah1

Digər bir bitki isə adaçayıdır ki, onun faydasını hər kəs bilir. Bu bitkidən əksəriyyət çay və yeməklərin də adviyyat kimi istifadə edir. İştahı azaldan adaçayı bitkisinin arıqladıcı effekləri olduğundan pəhriz saxlayanlar sıx-sıx ondan istifadə edir.

istah2

Maddələr mübadiləsini və həzm prosesini sürətləndirən bitki kəklik otu da iştahazaldıcı xüsusiyyətlərə malikdir. Xoş ətri sayəsində yeməklərinizə və çaylarınıza dad qatan bu bitkidən faydalanmağınız məsləhətdir. O, həmçinin immun sistemini gücləndirir və yorğunluğu aradan qaldırır.

istah3

Vəzəri bitkisi də iştah azaldıcı qidaların başında gəlir. Odur ki pəhriz saxlayanlar vəzəridən bol-bol yararlana bilərlər. Eyni zamanda vəzəridən başa təpitmə etdikdə saç tökülməsinin qarşısı alır. Vəzəri yemək baş ağrısına və bağırsaqlardakı parazitlərin məhv edilməsində ideal vasitə hesab olunur.

istah4

ANS PRESS

Bu kateqoriya üzrə digər xəbərlər