Tərkibi: 2 x/q alma sirkəsi, 6 x/q kakao, 3/4 stəkan duru yağ, 2 stəkan su, 2 stəkan şəkər tozu, 3 stəkan un, 1 x/q vanil, 1 paket şokoladlı pudinq. Hazırlanması: Keksi hazırlamaq üçün əvvəlcə quru ərzaqları bir qabda, duru ərzaqları da ayrı bir qabda qarışdırın. Sonra duru ərzaqları yavaş-yavaş quru ərzaqlar olan qaba əlavə edin. Qarışığı yaxşı yağlanmış dərin və ya geniş bir keks qəlibinə tökün. 175 dərəcədə 35-40 dəqiqə bişirin. Keksin xəmiri hazır olana qədər pudinqi bişirin. Pudinq bir az soyuyandan sonra keksin üzərinə tökmək lazımdır. Nuş olsun!