Sürhüllü

Sürhüllü

Tərkibi:
Un - 1 kq.
Qurudulmuş ət – 1 kq.
Alça turşusu – 3-4 ədəd
Sarımsaq – 5-6 diş
Soğan – 2 baş
Duz – zövqə görə

Hazırlanması:
Əvvəlcə bir az yumşaq xəmir yoğururuq. Xəmir 5-10 dəq mayalandıqdan sonra uzunsov formalarda kəsilir. Uzununa kəsilmiş xəmirləri barmaqlarımızın ucu ilə yumrulayırıq. Sonra xırda kvadrat formada kəsirik. Ayırdığımız xırda hissələri bir-bir şəhadət barmağımızla basıb geri çəkirik. Xəmiri əlimizlə bir qədər dartıb uzadırıq ki, qalın olmasın. Unlayıb ayrı-ayrı yığırıq.
Qazanda su qaynadıb, duz əlavə edirik. Sürhüllüləri bir-bir qaynayan suya tökürük. Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara qoyuruq. Başqa bir qazana quru ət qoyub üzərinə xırda soğan doğrayıb 3 st. suda qaynadırıq. 15 dəqiqədən sonra alça turşularını suya atırıq.
Şorba hazır olduqdan sonra qablardakı sülhüllülərin üzərinə gəzdiririk. Əti də üstünə qoyuruq. Hazır yemək süfrəyə sarımsaq və turşu ilə verilir.

Nuş olsun!

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər