İspanaq ruleti

İspanaq ruleti

Tərkibi:
İspanaq-500 qr.
Yumurta-5 ədəd
Holland pendiri-100 qr.
Un-4 x.q.
Filodelfiya pendiri (hər hansı qaymaqlı pendir)-200 qr.
Azduzlu qızıl balıq-200 qr. (onsuz da edə bilərsiz)

Hazırlanması:
İspanağı blenderdən keçirdin. Üstünə 5 çirpilmış yumurta əlavə edin Un, duz və sürtkəcdən keçirilmiş pendirlə qarışdırın. Listın üstünə soba kağızını sərib, qarışığı tökün, 180 dərəcədə 25 dəqiqə bişirin. Bişəndən sonra rulet kimi büküb, soyumasını gözləyin. Soyuyanda ruleti açın, içinə Filadelfiya pendiri çekin və balığı nazik düzün.  Yenə rulet formasında bükün. Folqaya bukub 2-3 saat soyuducuda saxlayın. 

Nuş olsun!

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər