Ərzaqlar: (2 porsiya)
Pomidor – 3 ədəd
Təzə xiyar – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Spagetti – 150 qr.
Bitki yağı – 2 x.q.
Cəfəri – 50 qr.
Kahı - 50 qr.
Duz, istiot
Hazırlanması:
Spagetti duzlu suda bişirilir, sonra süzülür. Bibərin içi təmizlənir, uzunsov nazik doğranılır. Xiyar halqavarı, pomidorlar kvadrat doğranılır. Dərin salat qabına spagetti və tərəvəzləri əlavə edib, azca qarışdırın, duz-istiot səpin və bitki yağı əlavə edin. Boşqaba kahı yarpağı qoyub, üzərinə salatı yerləşdirib, narın göyərti səpin. Nuş olsun!
Mənbə: Sufrem.az