Bu il ümumtəhsil məktəblərində “Son zəng” iyunun 14-ü keçiriləcək.
Oxu.Az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyi bildirib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Bununla əlaqədar olaraq, “Son zəng" tədbiri də sonuncu dərs günü, iyunun 14-də keçiriləcək.