Sobada behti kababı

Sobada behti kababı

Tərkibi:
Köftəsi üçün:
1 kiçik yumurta
400 qr qıyma
Yarım çörək içi (suda isladılmış, sonra suyu sıkılacak)
1 ədəd rəndələnilmiş quru soğan
1-2 diş sarımsaq
Yarım dəstə cəfəri
qara bibər
pul bibər
Yarım çay qaşığı duz

Bükmək üçün:
Lavaş
Ərimiş yağ (5-6 yemək qaşığı qədər)

Sousu üçün:
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı tamat
2 su stəkanı isti su
1 çay qaşığı duz

Servis üçün:
qatıq

Hazırlanması:
Köftə vəsaitləri bir qaba alın, bütün vəsaitləri yoğurun və dinləndirin. Dinlənən köftələri yağlı kağız sərilmiş soba nimçəsinə yerləşdirin və 10 dəqiqə qədər bir az bişirin. Köftələr bişərkən kərə yağı sous qazanına qoyub qızdırın, içinə tomat pastasını əlavə edib qovurun. Suyu da axırda əlavə edin.

Lavaşı sərin. Üzərinə yağ fırça köməyi ilə çəkin. Geniş qisiminə köftələri yerləşdirin. Möhkəmcə bükün. 3 barmaq enində kəsin. Təkrar nimçəyə yerləşdirib üzərləri qızarana qədər bişirin. Daha sonra servis qabına düzün. Üzərinə salçalı sousu gəzdirin. 

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər