Soğan dolması

Soğan dolması

 

Ərzaqlar: (4 porsiya üçün)

Çəkilmiş dana  əti – 400 qr.
Düyü – 1,5 st.
Orta baş soğan – 10 ədəd
Duz – istiot – zövqə görə
Tomat pastası – 2 x.q.
Bibər pastası – 1 x.q.
Bitki yağı – 4 x.q. (içlik üçün)
Günəbaxan yağı – yarım st.

 

Hazırlanması:

Əvvəlcə soğanları soyuruq, sonra onların baş tərəfini papaq kimi kəsirik. Soğanları bir qazana yığıb, üzərinə su alırıq və bişib yumşalana kimi qaynadırıq. Bişəndən  sonra soğanları soyuq suya salıb çıxarırıq və yarpaq-yarpaq ayırırıq. Bu işi ehtiyatla görün ki, onlar cırılmasın. İndi də içliyi hazırlayaq: Çəkilmiş ət, düyü, ədviyyatlar, bitki yağı qatılır və yaxşıca qarışdırılır. Sonra iç səliqə ilə soğanlara doldurulur. Bir kasada bibər və tomas pastaları, günəbaxan yağı və su yaxşıca qarışdırılıb, dolmanın üzərinə gəzdirilir. Yemək orta odda 40 dəqiqəyə hazır olur.

 

 

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər