Müğənni Linet 41 yaşını qeyd edib.
İfaçıya fransız sevgilisi 400 min avro dəyərində “Porsche” hədiyyə edib. Sevgilisi və dostları ilə birlikdə Nişantaşında özünə ad günü keçirən Linet “41 dəfə Maşallah olsun” deyərək tortun şamlarını üfürüb.
Müğənni bu il ailə qurub, uşaq sahibi olmağı arzuladığını bildirib. Linet sevgilisinin 400 min avroluq hədiyyəsindən də danışıb:
“Əslində buna təkcə ad günü hədiyyəsi də demək olmaz. Bu həm də toy hədiyyəmiz olacaq”.
Linet bəd-nəzərdən qorunmaq üçün toy tarixini açıqlamayıb.
Axşam.az