Sarımsaq yağının tərkibindəki vitamin və kalsium saçları qidalandırır və gurlaşdırır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sarımsaq uzun müddət saçın diblərinin möhkəmlənməsi üçün istifadə olunan vasitələrdən biridir.
Sarımsaq yağının saça faydaları:
* Saç tökülməsinin qarşısını alır.
* Saça parlaqlıq verir.
* Saçqıranları azaldır.
* Yeni saçların meydana gəlməsini sürətləndirir.
* Saç uclarının qırılıb baxımsız görünməsinin qarşısını alır.
* Saçın sürətlə uzanmasını təmin edir.
* Saç dərisində meydana gələn göbələyə qarşı təsirlidir.
Sarımsaq yağı maskası:
1 xörək qaşığı şam yarpağı yağı ilə eyni miqdarda sarımsaq yağını qarışdırın. Maskanı saçın diblərinə çəkib masaj edin. Yarım saat gözlədikdən sonra saçınızı ilıq su ilə yuyun. Maska həftədə 1 dəfə istifadə edilməlidir.