5 ədəd kartofu yuyun və suda bişirin. İki hissəyə bölün. Sous hazırlayın: 100 qr. kərə yağına sürtgəcdən keçirilmiş pendir, 1 x/q xama, 3 diş əzilmiş sarımsaq və 3 x/q xırda doğranılmış cəfəri əlavə edib qarışdırın. Sousu kartofun üzərinə çəkin. 250 dərəcə isinmiş sobada 10-15 dəq. bişirin.