Sadə limonlu peçenye

Sadə limonlu peçenye

Tərkibi:
Xama – 100qr
Kərə yağı-100qr
yumurta-1ədəd.
Şəkər tozu-1stəkan
limon–0,5ədəd.
soda-0,5çay qaşığı
un-2,5stəkan.

Hazırlanması:
Yumşaq kərə yağını qaba qoyaq və şəkəri əlavə edək.
Yaxşı qarışdırırıq.
Qarışıma yumurtanı əlavə edirik.
Yarım limon sıxırıq və üzərinə soda əlavə edirik.
O köpüklənəcək.
Bütün bunları yaxşı qarışdırırıq.
Nəhayət son ərzağı – unu əlavə edirik.
Soyuducuda 1 saat saxlayırıq.
Çıxardıqdan sonra dilimlərə bölürük.
Soyuducudan çıxardıqdan sonra ələ yapışşarsa un əlavə edirik və problem həll оlacaq.
180 dərəcə qızdırılmış sobada 20-25 dəq bişiririk.
Servis edə bilərsiniz.

Mənbə:Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər