Rusiya aviasiyası Suriyanın İdlib vilayətində İŞİD-in təlim düşərgəsini məhv edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, “SU-24” təyyarəsi terrorçuların düşərgəsini darmadağın edib. “Terrorçuların hazırlığı üçün nəzərdə tutulmuş təlim düşərgəsi bombardman olunaraq tamamilə məhv edib”, deyə İqor Konaşenkov bildirib.
Qeyd edək ki, elə həmin “SU-25” təyyarələri terrorçuların daha bir bazasını məhv ediblər: “Hava zərbəsi nəticəsində terrorçuların maddi-texniki ehtiyatları, silah-sursatı və ərzaq ehtiyatlarının saxlanıldığı çoxlu sayda tikili dağıdılıb.