Ərikli ştreyzel

Ərikli ştreyzel

Tərkibi:
200 qram kəsmik
4 xörək q. süd
1 yumurta
4 xörək q. duru yağ
2 xörək q. vanil
bir çimdik duz
225 qram şəkər tozu
600 qram un
125 qram kərə yağı
Yarım çay q. darçın
1 kq konservləşdirilmiş ərik

Hazırlanması:
Kəsmik, süd, duru yağ, yumurta və 100 qram şəkər tozunu yaxşı qarışdırın.
Hissə hissə 400 qram un töküb xəmiri hazırlayın.
Soba qabını yağlayın və xəmiri ora yayın.
Iç hazırlamaq üçün 200 qram unu, şəkər tozu və kərə yağı ilə qarışdırın.
Vanil və darçın əlavə edin.
Xəmirin üstünə konservləşdirilmiş əriyin yarısını tökün və iç səpin.
Bu prosesi bir də təkrar edin.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər