Rahat – lokum

Rahat – lokum

Ərzaqlar:

Çiyələk – 200 qr.
Jelatin – 15 qr.
Şəkər kirşanı – 150 qr.
Yarım dənə limonun şirəsi

Hazırlanması:

Çiyələklərin bəndəmləri çıxarılır, yuyulur, qurudulur. Blenderdə püre halına salınır. Əgər çiyələk mövsümü deyilsə, o zaman dondurulmuş çiyələkdən də istifadə etmək olar. Bu zaman onu yumağa gərək yoxdur.

Çiyələk püresinin içinə jelatini tökürük və bir müddət gözləyirik ki, o şişsin. Sonra bura 120 qr. şəkər kirşanı  və yarım dənə limonun şirəsini tökürük, qarışdırırıq və zəif odun üzərinə qoyuruq. Jelatin həll olana kimi qarışdıra – qarışdıra bişiririk, amma qaynamağa qoymuruq. (!)

Kütləni oddan götürürük və bir kənara qoyuruq ki, soyusun. Sonra kütləni həcmli və qatı olması üçün 5-6 dəqiqə mikserdə çalırıq. Rahat – lokum üçün buz formalarını götürə bilərsiz. İçinə kağız sərirsiz, kültəni bir-bir bu kubların içinə boşaldırsız, üzərini hamarlayırsız. Özünü tutması üçün azı 5-6 saat sərin otaqda qalmalıdır. Daha sonra çıxarıb üzərinə şəkər kirşanı səpib yeyə bilərsiz. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər