Rafaello salatı

Rafaello salatı

Ərzaqlar:

Krab çubuqları (marketlərdə paketdə satılır) – 200 qr.
Yumurta – 3 ədəd
Sarımsaq – 1 diş
Mayonez – 50 qr.
Göyərti

Hazırlanması:

Krab çubuqlarını sürtgəcdən keçiririk, az hissəsini ayırıb götürürük. Bişmiş soyudulmuş yumurta və pendir də sürtgəcdən keçirilir. 
Qabda pendir, yumurta və krab çubuqları qarışdırılır. Bura çox xırdalanmış sarımsaq da qatılır və mayonez əlavə olunur.
Alınmış salatdan əlimizdə toplar formalaşdırırıq. Topları əvvəldə ayırdığımız bir hissə krab çubuğu qarışığında fırladırıq.
Boşqaba düzüb, üzərinə zövqə görə seçdiyiniz göyərti səpə bilərsiz.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər