Qənaət üçün qızıl qaydalar

Qənaət üçün qızıl qaydalar

Qubad İbadoğlunun ailə büdcəsinə qənaət etməklə bağlı bir neçə qızıl qaydası var və o, bunu sosial şəbəkədəki statusunda açıqlayıb.
Ekspertin fikrincə, bu sahədə daha mütərəqqi üsul ailə xəzinəsidir: “Ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir”.Q.İbadoğlu hesab edir ki, “qənaət məsləhətləri”nin 6 qızıl qaydası var: “Ki, onlardan biri də mağazaya heç vaxt ac getməməkdir, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiz. İkinci qızıl qayda: Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir.
Üçüncü qızıl qayda: Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin.Dördüncü qızıl qayda: Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır.
Beşinci qızıl qayda: Əgər büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün.Belə olan halda, özünüzə söz verin ki, bunu bir az gec 3-4 günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək.
Altıncı qızıl qayda: Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər.Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaq yolu ilə ilkin məbləği toplamaq mümkündür".
Ekspert məsləhət görür ki, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol, xırda-xuruş üçün lazım olan məbləği müəyyənləşdirsin.

 

Bu kateqoriya üzrə digər xəbərlər