Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” doğma meydanda Fransanın “Monako” klubunun qəbul edib.
Oyun 1:1 hesablı bərabərliklə bitib.
39-cu dəqiqədə Samuel Armenteros “Qarabağ”ı hesabda irəli çıxarıb.
73-cü dəqiqədə isə İvan Kavaliyero oyunda bərabərliyi bərpa edib.
Bu qrupun digər oyununda “Tottenhem” doğma meydanda “Anderlext”i qəbul edəcək.
J qrupu
1. Monako - 6 xal (4 oyun)
2. Tottenhem - 4 xal (3 oyun)
3. Anderlext - 4 xal (3 oyun)
4. Qarabağ - 4 xal (4 oyun)