Portağal ətirli almalı piroq

Portağal ətirli almalı piroq

Ərzaqlar:
Un – 400 qr.
Kərə yağı – 250 qr.
Yumurta – 1 ədəd
Şəkər tozu – 100 qr.
Alma – 1 kq.
Portağal – 1 kq.
Darçın – 1 çimdik
Duz – 1 çimdik

Hazırlanması:
Un ələnir, duz, yumşaldılmış kərə yağı və yumurta əlavə edilib qarışdırılır. Xəmirdən kürə düzəldilir, plyonka ilə örtülür və soyuducuya 30 dəqiqəlik qoyulur.
Almalar təmizlənir, nazik dilimlənir. Üzərinə şəkər və darçın səpilir. Üzərinə portağalların şirəsi sıxılıb, qarışdırılır.
Xəmir nazik yayılıb, formaya qoyulur. Alma dilimləri üzərinə dairəvi düzülür, üzərinə bir az da portağal şirəsi sıxılır və 1 x.q. şəkər tozu səpilir.
Sobada 180 dərəcədə 1 saat bişirilir. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər