Tərkibi:
3 yemək qaşığı zeytun yağı
6 reyhan yarpağı
1 yumurtanın sarısı
100 qr rəndələnilmiş Holland pendiri
5 dilim hindi vetçina
5 pomidor
3 təzə soğan
1,5 çörək xəmiri
Duz
Kəklik
Qara bibər
Pul bibər
Hazırlanması:
Soğanları incə doğrayın. Bir tavada zeytun yağını qızdırın və doğradığınız soğanları bu yağda 2 dəqiqə bişirin. Pomidorların qabıqlarını soyun və kub şəklində doğrayın. Tavadakı soğanlara əlavə edin və zəif alovda 10 dəqiqə bişirin. Duz, kəklikotu, qara bibər və pul bibərlə ədviyyatlandırıb soyumağa buraxın. Çörək xəmiri oxlov köməyi ilə unlanmış dəzgahda düzbucaqlı şəklində açın. Pomidorlu sousun bir hissəsini ayırın və geri qalanını açdığınız xəmirə yayın. Vetçina dilimlərini üzərinə düzün. Rəndələnmiş Holland peyndirin isə vetçinaların üzərinə səpin. Reyhan yarpaqlarını düzün və rulet şəklində sarın. Soba nimçəsinə yağlı kağız sərin. Hazırladığınız ruleti yağlı kağız sərili soba nimçəsinə yerləşdirin. Üzərinə yumurta sarısını sürün. Əvvəldən 190 C isidilmiş sobada üzəri qızarana qədər bişirin. Sobadan çıxarıb qalan pomidorlu sousu üzərinə tökün. Dilimleyerek isti xidmət edin.
Mənbə:Dadlı.az