Ərzaqlar:
Malın dil əti (suda qaynadılmış) – 400 qr.
Holland pendiri – 100 qr.
Pomidor – 2 ədəd
Tumsuz zeytun -3-4 ədəd
Mayonez – 80 qr.
Duz, istiot – zövqə görə
Hazırlanması:
Suda qaynadılıb soyudulmuş dil əti uzunsov nazik doğranılır. Pendir sürtgəcin iri gözündən keçirilir. Zeytunlar halqavari doğranılır. Pomidorlar kub formasında doğranılır. Bütün ərzaqlar salat qabında yüngülcə qarışdırılır, duz, istiot vurulur. Mayonez qatılır. Salat hazırdır. Nuş olsun!
Mənbə: Sufrem. az